Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində bugün 21:00-da “İnter”lə qarşılaşacaq “Qarabağ”ın düşərgəsində sevinc hökm sürür.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Ağdam klubunun zədəli futbolçusu Bədavi Hüseynov İtaliya nəhəngi ilə həlledici matçda meydana çıxacaq. Təcrübəli müdafiəçi böyük ehtimalla əsas heyətdə yer alacaq.
Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.