Olimpiya Stadionunda “Beşiktaş” ilə “Tottenhem” arasında oyanan matç qaranlığa büründü.
İdmanxeber.com-un məlumatına görə, matçın 7-ci dəqiqəsində stadionun işiqları sönüb ancaq elektron reklam panolarının və tribunadakı işıqlandırmaların çalışdığı da gözlərdən qaçmadı. Işıqlandırmaların getməsinin ardından hakim iki komanda oyunçularını soyunma otaqlarına göndərdi .
Təxminən 10 dəqiqə sonra stadion işıqlarının yanacağı və matçın yenidən başlayacağı anons edildi .