“Hakim bizim haqqımızı yedi. Təmiz qolumuz qeydə alınmadı. Bəlkə də, yorğunluğumuz var idi, ona görə oyunumuz alınmırdı”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Qara Qarayev oyundan sonra saytımıza verdiyi açıqlamada deyib:
“Əgər hakim həmin epizodda səhv edibsə, onu Allaha tapşırırıq. Başqa nə deyə bilərik ki, artıq qərar verilib və mərhələ adlamayan tərəf bizik”.