Premyer Liqanın XVI turunda səfərdə “Bakı” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” paytaxtda hazırlaşır. Komanda dekabrın 11-də saat 14:00-da bədən tərbiyəsi və idman akademiyasının futbol meydançasında məşqə çıxıb. Baş məşqçi Oğuz Çetin hazırlıq prossesinin böyük bir hissəsini müdafiə xətti ilə ayrıca çalışmalara sərf edib. Qeyd edək ki, zədələlilər Rasim Ramaldanov, Adrian Sakarlatake və Rauf Əliyev məşqə qatılmayıblar.
12cioyuncu.info