Topaz Premyer Liqasının XVI turuna Zaqatalada keçirilən “Simurq” – “İnter” oyunu ilə start verildi. Qarşılaşma 1-1 hesabı ilə yekunlaşdı.
İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi George Çixradze 1 xal qazandıqları matçı belə şərh edib:
“İstənilən nəticə qeydə alına bilərdi. Qarşılaşma heç-heçə başa çatdı. Son dəqiqədə buraxılan qol bizə çox pis təsir edir. Oyunçular arasında seçim etmək istəmirəm. Futbolçular yaxşı təsir bağışladılar. Növbəti oyunlara hazırlaşmalıyıq”.