UEFA "Qarabağ"ın məlum hadisə ilə bağlı məhkəmə tələbini qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun vəkili Qurur Qaye Günal məlumat verib. O, bildirib ki, məhkəmə 5 fevral tarixinə salıb. Amma bu müddət ərzində vaxt itirəcəyi üçün tarixin qabağa çəkilməsinə çalışırlar.
Qeyd edək ki, əgər "Qarabağ"ın şikayəti təmin olunsa o zaman "Dnepr"ə bugun püşkdə düşəcək rəqib "Qarabağ"la qarşılaşacaq.