Qadın voleybolçuların Çağırış kubokunda 1/16 final mərhələsinin cavab görüşləri bu gün keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, kubokdakı təmsilçimiz “Azərreyl” ilk görüşdə 3-0 hesabı ilə məğlub etdiyi “Könits”in qonağı olacaq. İsveçrədə baş tutacaq matç saat 22:30-da start götürəcək.
Çağırış kuboku
22:30 “Könits” – “Azərreyl”
Hakimlər: Konalsi Qyoka (Albaniya), Yanita Riçter (Almaniya)
Bern İdman Zalı