Topaz Premyer Liqasının XVII turunda “Bakı” AZAL-a 1-3 hesabı ilə uduzdu.
İdmanxeber.com-un məlumatına görə, “Bakı”nın baş məşqçisi İbrahim Uzunca məğlub olduqları matçı belə şərh edib:
“Futbolçularda yorğunluq vardı. Oyunumuz alınmadı. Bütün oyunlarda əsasən eyni futbolçular meydançaya çıxanda bu tip hallar olur. Nəzərə alaq ki, biz çempionata yaxşı hazırlaşa bilməmişik. Amma yenə də hücumlar qurmağa çalışdıq. Əgər hesabı biz açsaydıq, nəticə fərqli olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Simurq”la oyundan sonra fasilə yaranacaq. Biz fasilədə hər şeyin müsbətə doğru dəyişəcəyinə ümid edirik”.