Çağırış kubokunda qadın voleybolçuların 1/16 final mərhələsinin cavab oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, “Azərreyl” ilk oyunda 3:0 hesabı ilə məğlub etdiyi “Könits”in qonağı olub. 4 setdən sonra rəqibinə 1:3 hesabı ilə məğlub olmasına baxmayaraq sonuncu qızıl setdə qalib gələn təmsilçimiz adını 1/8 finala yazdıra bilib.
“Könits” – “Azərreyl” 3-1 (17-25, 25-19, 25-18, 25-15)
Qızıl set: 11-15