Topaz Premyer Liqasının 17-ci turu “Xəzər Lənkəran” üçün uğurlu alınmadı. Cənub klubu hesabat turunda “Qarabağ”a 2-3 hesabı ilə uduzdu.
İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin məğlub olduqları matçı belə şərh edib:
“Meydançaya qələbə qazanmaq üçün çıxmışdıq. İstəyimiz çox idi. “Qarabağ” kimi komandaya 2-1 qalib gəldiyin oyunu yekunda 2-3 hesabı ilə uduzmaq çox üzücüdür. Qollar buraxmaq bizim üçün xoş məqam deyil. Yenə səhvlər var idi. Biz müdafiə xəttini gücləndirməliyik”.