“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə bu gün görüşəcək.
İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 17:00-da başlanacaq görüşdə Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda İtaliya “İnter”i ilə keçirilən matça aid heç bir qərar qəbul olunmayacaq.Görüşün məqsədi, UEFA rəsmiləri ilə birlikdə oyuna baxmaq və müzakirə etməkdir.
Qeyd edək ki, “İnter” komandası ilə matçda hakim haqsızlığı ilə əlaqədar “Qarabağ” UEFA-ya şikayət edib. Avropa futbol qurumunda müraciətə gələn il fevralın 5-də baxılacaq.