Premyer Liqanın 17-ci turu çərçivəsində səfərdə “İnter”lə oyunda 2:1 hesabı ilə məğlub olan “Neftçi” bu ili tamamladı.
idmanxeber.com-un məlumatına görə, bu səbəbdən komandanın çilili forvardı Nikolas Kanales ölkəsinə yollanıb. Futbolçuların qış fasiləsindən yanvarın 5-i qayıdacağı bildirilir.