Dekabrın 21-də keçiriləcək “Xəzər-Lənkaran” – AZAL oyunundan sonra istirahətə yollanacaq AZAL PFK-nın fubolçu və məşqçi heyəti rəhbərliklə görüşüb. Daha doğrusu qeyri-rəsmi xarakter daşıyan bu görüşdə komanda üzvlərinə bayram ziyafəti verilib. Tədbirdə Fikrət Hüseynov klub rəhbərliyi adından bütün futbolçuları, məşqçiləri təbrik edib:”Baş məşqçi Tərlan Əhmədov istəyinə əsasən sizinlə görüşüb, bayramlaşmagı özümüzə borc bildik. “Xəzər-Lənkəran”la oyundan sonra hamı istirahətə yollanacaq. Ona görə də indidən sizlərlə bayramlaşmağı özümüzə borc bildirk. Hamınızın Yeni İlini təbrik edir və ugurlar arzulayırıq.”
Qeyd edə ki, AZAL-ın kollektivi “Qala Bazar” restoranında bir araya gəlib. Onu da deyək ki, bu tədbirdə həmçinin bu gün ad gününü qeyd edən komandanın mətbuat xidmətinin əməkdaşı Elvin Yaqubov da təbrik edilib.