İsraildə futbolçuya qeyri-adi cərimə verilib.
İdmanxeber.com-un məlumatına görə, İsrail 5-ci liqasında çıxış edən “Seqev Şalom” klubunun futbolçusu Attaf Abu Bilyal barəsində 99 illik futboldan diskvalifikasiya qərarı verilib.
Bu cür qərarın verilməsinə səbəb isə futbolçunun gizli yolla başqa bir klubun da heyətində çıxış etməsi olub. Bu hadisədən sonra klub rəhbərliyi müvafiq qərar qəbul edib.
Hətta Attaf Abu Bilyal 200 avro məbləğində cərimə edilib.