Ötən gün Zaqatalada keçirilən oyunla mövsümün ilk yarısına yekun vurulub.
Dörd dövrəli çempionatda geridə qalan iki dövrədə hansı komandanın daha çox penalti vurmaq şansı əldə etməsi və hansı klubun öz qapısında daha çox penalti görməsi ilə bağlı apardığımız kiçik araşdırma ilə sizi tanış edirik.
Beləliklə, geridə qoyduğumuz 18 turda ən çox penaltini "Qarabağ" vurub. Ağdam klubu iki dövrədə 6 penalti vurmaq şansı qazanıb ki, bunlardan 5-ni də qola çevirib. Hakimlər əsas da, mərkəzi oyunlarda "Qarabağ"ın lehinə qərarlar veriblər. "Qarabağ" "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" kimi klublarla matçda penalti vurmaq şansı əldə edib ki, hazır "yem"dən də Ağdam klubunun üzvləri yayarlana bilib.
Geridə qalan 18 turda penalti vurmayan klublar isə "Neftçi", "İnter" və fəaliyyətini dayandıran "Araz Naxçıvan"dı.
Qapısında ən çox penaltidən qol görən komandalar isə "Qəbələ", "Neftçi", "Araz Naxçıvan" , AZAL və "Simurq"du. Bu komandalar hərəyə 3 dəfə cəzalanıblar.
Ümumilikdə isə cədvəl belədi:
1. "Qarabağ"
Lehinə: 6 penalti
Əleyhinə: 1 penalti
2. "Qəbələ"
Lehinə: 4 penalti
Əleyhinə: 3 penalti
3. AZAL
Lehinə: 4 penalti
Əleyhinə: 3 penalti
4. "Xəzər Lənkəran"
Lehinə: 3 penalti
Əleyhinə: 2 penalti
5. "Simurq"
Lehinə: 2 penalti
Əleyhinə: 3 penalti
6. "Sumqayıt"
Lehinə: 2 penalti
Əleyhinə 1 penalti
7. "Bakı"
Lehinə: 1 penalti
Əleyuhinə 2 penalti
8. "Araz Naxçıvan"
Lehinə: yoxdu
Əleyhinə: 3 penalti
9. "Neftçi"
Lehinə: yoxdu
Əleyhinə: 3 penalti
10. "İnter"
Lehinə: yoxdu
Əleyhinə: yoxdu
Səxavət