Topaz Premyer Liqasının 17-ci turunda keçirilən “Qarabağ” – “Xəzər Lənkəran” oyununda vurulan qolların müəllifində dəyişiklik edilib.
idmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın üçüncü qolu Bədavi Hüseynovun aktivindən silinərək, “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun passivinə yazılıb.