UEFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqasında ilk yarının ən yaxşı legionerlərinin siyahısını açıqlayıb.
İdmanxeber.com-un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıda Premyer Liqamızın ən qiymətli legionerlərindən ibarət TOP-7 təqdim olunub.
Siyahıda :
Leroy Corc (“Qarabağ”), yarımmüdafiəçi
Aleksandr Amsulaşvili (“İnter”), müdafiəçi
Karlos Kordozo (“Neftçi”),müdafiəçi
Adrian Skarlatake (“Xəzər Lənkəran”)
Draqan Çeran (“Simurq”), hücumçu
David Meza-Kolli (“İnter”), yarımmüdafiəçi
Muarem Muarem (“Qarabağ”), yarımmüdafiəçi
kimi futbolçular yer alıb. Və bu futbolçular haqqında məlumat verilib.
Bunlardan əlavə siyahıda ən yaxşı əcnəbi futbolçular kimi Ansi Aqoli, Riçard Almeyda (“Qarabağ”), Mikel Alvaro (“İnter”), Sadio Tounkara (“Xəzər Lənkəran”), Rafael Dos Santos (“Qəbələ”), Viktor İqbekoyi (AZAL) və Georgios Pelagiosun (“Bakı”) da adı çəkilir.