“Arsenal”ın hücumçusu Olivye Jiru 3 oyunluq diskvalifikasiya olunub.
İdmanxeber.com-un məlumatına görə, Premyer Liqanın 18-ci turunda, KPR-ə qarşı oyunda fransız forvardın rəqib oyunçu Nedum Onuohaya qarşı aqressiv davranışı qırmızı vərəqə ilə cəzalanmasına səbəb olmuşdu. Bu səbəbdən Jiru 3 oyunluq diskvalifikasiya olunub və Premyer Liqanın “Vest Hem” və “Sauthempton”, İngiltərə kubokunun isə “Hall Siti”yə qarşı oyununda iştirak etməyəcək.