Peşəkar Futbol Liqasının (FPL) prezidenti Ramin Musayev “İnter”dən ayrılacaq Kaxaber Sxadadze haqda danışıb.
İdmanxeber.com-un məlumatına görə, “Futbol saatı”nda qonaq olan PFL başqanı gürcüstanlı çalışdırıcı haqda bunları deyib:
“Sxadadze güclü məşqçidir. Yoxdan komanda yaratdı. Amma mən bu gün də nə qədər fikirləşsəm də yadıma sala bilmirəm ki, Sxadadze hansı azərbaycanlı futbolçunu ortaya çıxardıb? Siz 1-2 nəfərin adını çəkə bilərsiniz. Amma 5-6 ildə 1 nəfər çox azdır. Mən bu sözləri ürəyimə gəldiyi üçün deməliyəm”.