“Mən klubumu da, azarkeşlərimizi də çox sevirəm. Amma atamın səhhətinin pisləşməsi səbəbindən vətənimə dönməyə məcburam. Ailəmə mənsiz çox çətindir. Çünki heç vaxt ölkəmdən kənarda oynamamışam. Bu barədə baş məşqçi Ümit Özatla da danışmışam. Ona vəziyyəti izah etmişəm. Onunla heç bir problemim yoxdur“.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Türkiyənin “Elazığspor” klubunun azərbaycanlı yarımmüdafiəçisi Cavid İmamverdiyev komandadan getmək istəməsinin səbəblərini açıqlayarkən deyib.
İmamverdiyev bütün suallara klub prezidenti ilə edəcəyi söhbətdən sonra aydınlıq gələcəyini bildirib:
“Klub prezidenti qayıdanda onunla vəziyyəti müzakirə edib, gələcək taleyimə aydınlıq gətirəcəyik”