“Neftçi”dən ayrılan Bruno Bertuççi özünə yeni komanda tapıb.
İdmanxeber.com-un məlumatına görə, 24 yaşlı “solaxay” bundna sonra karyerasını Braziliyanın C seriyası təmsilçisi “Portuqeza”da davam etdirəcək.
Bertuççi sözügedən komandada mövsümün sonuna kimi çıxış edəcək.
Qeyd edək ki, Bertuççi 2014-cü ilin oktyabrında “Neftçi” ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv edib.