Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnir davam edir.
İdmanxeber.com-un məlumatına görə, 19 yaşlılardan ibarət milli komandamız bu gün sözügedən turnirdə ikinci oyununa çıxacaq.
Yığmamız bu dəfə Rusiya-2 komandası ilə qarşılaşacaq. Nikolay Adamın rəhbərlik etdiyi komanda meydan sahiblərini məğlub etməklə mərhələ adalayacaq.
Oyun saat 16:30-da başlayacaq.
4 yanvar
F qrupu, II tur
16:30. Rusiya-2 – Azərbaycan – 2:4
Qollar: Artyom Qaladjan 10 (1:0), İlkin Sadıqov 30 (1:1), Elnur Cəfərov, 50 (1:2), İlkin Sadıqov, 59 (1:3), Mahir Mədətov, 75 (1:4), Selyukov, 90 (2:4)