06 Fevral 2025
Dünyadan

“Real” daha bir mükafata sahibi olub

Madridin “Real” futbol klubunun nümayəndləri “Globe Soccer Awards” mükafatına sahib olublar.

İdmanxeber.com-un məlumatına görə, bu mükafat hər il Dubayda təqdim edilir. İlin ən yaxşı futbolçusu Kriştiano Ronaldo seçilib. İlin kəşfi nominasiyasında isə Xames Rodriges qalib gəlib. İlin baş məşqçisi adına Karlo Ançelotti, prezidenti isə Florentino Peres elan olunub.Bundan əlavə, “Real” ilin ən yaxşı komandası adına layiq görülüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43