Hazırda Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” yoxlama görüşlərində qüvvəsini sınayacaq.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub komandasının Türkiyədə keçirəcəyi yoxlama görüşləri canlı yayımlana bilər.
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza bildirib ki, canlı yayımın baş tutub-tutmaması onlardan asılı deyil:
“Dünən təşkilatçılarla görüşüb şəxsən bu məsələni müzakirə etmişik. Söz verdilər ki, matçların keçiriləcəyi meydanlarda lazım olan avadanlıqların olmasında köməkçi olacaqlar. Belə olsa bütün oyunlar cnalı yayımlanacaq”.
Qeyd edək ki, XL hazırlıq çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk rəqib isə yanvarın 10-da Türkiyənin “Tekirdağ” klubu olacaq.