“Xəzər Lənkəran”ın Skarlatake ilə apardığı danışıqlar müsbət sonuclanmayıb.
İdmanxeber.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Skarlatake mövzusunun artıq bağlandığını bildirib:
“Bu mövzu qapandı. Skarlatakenin transfer vərəqəsini vermişik. Artıq o hansı komandada istəsə çıxış edə bilər. Çünki transfer vərəqəsi özündədi. Gəncləşdirmə siyasəti apardığımızı ona bildirdik və göstərdiyi xidmətlərə görə təşəkkür etdik”.