05 Fevral 2025
Dünyadan

“İnter” “Bavariya”nın futbolçusunu transfer etdi

İtaliyanın “İnter” klubu bu mövsüm növbəti transferini reallaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, Milan klubu “Bavariya”da oynayan Xerdan Şaqirini heyətinə cəlb edib. Artıq bu haqda klubun rəsmi “facebook” səhifəsi də məlumat yayıb. 

Rəsmi imzalanma mərasiminin yaxın günlərdə baş tutacağı bildirilib.

Qeyd edək ki, “İnter” bundan əvvəl “Arsenal”ın futbolçusu Lukas Podolskini transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43