“İnter”in yeni transferi Lukas Podolski, “mavi-qaralar”a keçidində əfsanə futbolçu Ronaldonun onu razı saldığını bildirib.
İdmanxeber.com-un məlumatına görə, alman futbolçu, 6 yanvarda “San Siro”daki ilk matçına çıxmış , “Yuventus” qarşısında matçın ikinci yarısında oyuna daxil olmuşdu. Podolski Avropada illərdir braziliyalı əfsanə Ronaldo ilə əlaqədə olduğunu və qərarını verməsindəki ən əhəmiyyətli faktorun o olduğunu ifadə etdi:
“Hər kəs bilir, Ronaldo mənim idealımdır. Gəlmiş keçmiş ən yaxşı oyunçulardan biri və “İnter” haqqında çox yaxşı danışdı. Bu da mənim bu komandaya transfer olmama səbəb oldu”.