AZAL heyətinə daha bir futbolçu qatıb.
İdmanxeber.com-un məlumatına görə, futbolçu yayda klubun düşərgəsində olmuş Valeri Kutsenkodur. Ukraynalı yarımmüdafiəçi bü gün düşərgəyə qoşulub.
Qeyd edək ki, 28 yaşlı legioner ölkəsinin U-17 və U-19 millilərində çıxış edib və üst-üstə 6 oyun keçirib. Peşəkar karyerasına “Dnepr”də başlayan Kutsenko vətənində “Obolon”, “Krivbass” və “Vorskla”nın da şərəfini qoruyub. Xavbek 2 dəfə Belarasda legioner həyatı da yaşayıb: əvvəlcə “Brest”, sonar isə “Minsk”in şərəfini qoruyub. Onun son klubu isə Latviya “Dauqava”sı olub.