18 Oktyabr 2024
Ölkə futbolu

Sabiq “Betis”li “Simurq”da!

“Simurq” Peşəkar İdman Klubu transfer çalışmalarını davam etdirir. Komanda bu gün daha bir futbolçu ilə rəsmi müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin formasını geyinəcək. Artıq Antalyada düşərgəyə qoşulan təcrübəli futbolçu komanda ilə birgə hazırlıqlara başlayıb.

Qeyd edək ki, Melli adı ilə tanınan yeni futbolçu yeddi il İspaniyanın “Betis” klubunun şərəfini qoruyub. 2011/12 və 2012/13-cü il mövsümlərində karyerasını Belçikada davam etdirib. “Gent” komandasından sonra ötən mövsüm Moldaviyanın “Şerif” klubuna keçib. Son komandası isə Yunanıstan çempionatında çıxş eədn “Erqotelis” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43