18 Oktyabr 2024
Milli komanda

Millimizin sonuncu rəqibi bəlli oldu

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının keçirəcəyi sonuncu oyundakı rəqibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, yığmamız 5-ci yer uğrunda oyunda Belarus komandası ilə qarşılaşacaq.  Qarşılaşma yanvarın 11-də, yerli vaxtla saat 14:30-da (Bakl vaxtı ilə saat 15:30-da) Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43