Antalyada qış təlim-məşq toplanışında olan “Simurq”un ilk rəqibi dəyişib.
İdmanxeber.com-un klubun saytına istinadn yaydığı xəbərə görə, birinci yoxlama oyununda Zaqatala təmsilçisi əvvəlcədən nəzərdə tutulduğu kimi, Əlcəzairin “Əl-Eyulma” klubu deyil, Qazaxıstanın “Şaxtyor” komandası ilə qarşılaşacaq
Oyun yanvarın 13-də, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.
Klubun saytının yaydığı digər xəbərə görə, “Simurq”un yeni transferi, ispaniyalı mərkəz müdafiəçisi Xuan Alvarado (Melli) özünə forma nömrəsidə seçib. Təcrübəli futbolçu Zaqatala təmsilçisinin heyətində “4” nömrəli forma ilə çıxış edəcək.