“Qəbələ” baxışa çağırdığı Uliss Diallonu bəyənməyib.
İdmanxeber.com-un məlumatına görə, afrikalı futbolçu PSV-2 ilə matçın start heyətində meydana çıxıb. Lakin malili forvard ümidləri doğrultmadığından düşərgəni tərk edib.
Qeyd edək ki, Uliss Diallo əvvəl Livanın “Şabab Əl-Sahel”, Macarıstanın “Ferentvaroş” və Portuqaliyanın “Arouka” klublarının şərəfini qoruyub.