“Xəzər Lənkəran”ın zədəliləri – Rasim Ramaldanov və Orxan Sadıqlının yaşıl meydanlara dönəcəyi vaxt bəlli olub.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, eyni anda zədələnən futbolçuların yaşıl meydanlara dönüşü də eyni vaxta təsadüf edəcək. Belə ki, Sadıqlı ötən gün əməliyyat olunub və onun 10-12 günə məşqlərə başlayacağı gözlənilirsə, Ramaldanovun da dönüşü məhz bu vaxta təsadüf edəcək.
Millimizin də şərəfini qoruyan müdafiəçi 2-3 həftə müalicə alacaq və bundan sonra məşqlərə başlayacaq.