Bu gün 2014-cü ilin ən yaxşı futbolçusunun adı açıqlanacaq.
İdmanxeber.com-un məlumatına görə, FIFA-nın keçirəcəyi tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
“Qızıl top” uğurunda 3 futbolçu mübarizə aparır. Bunlar “Real”ın (Madrid) hücumçusu Kriştiano Ronaldo, “Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyerdir.