FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə ilin ən yaxşısı adına Kriştiano Ronaldo layiq görülüb. 2014-cü ildə “kral” klubu ilə Çempionlar Liqasının qalibi olan Ronaldo 2013-cü ildə də “Qızıl top”un sahibi olmuşdu.
Qeyd edək ki, namizədlər arasında Lionel Messi və Manuel Noyer də olub.