“Qızıl top”un son qalibi Kriştiano Ronaldo və finalçısı Lionel Messinin kimlərə səs verdiyi müəyyənləşib.
Portuqaliya millisinin kapitanı qismində səs verən Ronaldo “Real”ın futbolçularının ən yaxşılar arasında görüb. O, müvafiq olaraq Serxio Ramos, Qaret Beyl və Kərim Benzemanın adını ilk “üçlük”də göstərib.
Argentina millisinin kapitanı Lionel Messi isə Anxel di Mariyanı birinci , “Barselona”lı Andres İnyesta və Xavyer Maskeranonu isə ikinci və üçüncü yerə layiq bilib.