Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisi Almaniyanın III liqasında çıxış edən “Kemnitser” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” ilk yoxlama oyunuda Türkiyənin “Tekirdağspor” klubu ilə qüvvəsini sınayıb və həmin oyunda 2:2 hesablə bərabərlik qeydə alınıb.
14 yanvar
Yoxlama oyunu
17:00 “Xəzər Lənkəran” (Azərbaycan) – “Kemnitser” (Almaniya) 0:2