Antalyada qış hazırlığını davam etdirən "Xəzər Lənkəran"ın növbəti rəqibi bəlli olub.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, cənub klubu yanvar ayının 17-si Ukraynanın "Metalurq" klubu ilə qarşılaşacaq. Bundan öncəki görüşlərdə Türkiyənin "Tekirdağ" klubu ilə sülh bağlayan(2:2) və “Kemnitser”ə (Almaniya) 0:2 hesabı ilə məğlub olan cənub təmsilçisi 2015-də ilk qələbəsini qazanmağa çalışacaq.