AZAL qış hazırlığı çərçivəsində ilk yoldaşlıq oyununu bu gün keçirib. Əsasən düşərgədə olan yeni və əvəzedici komandadan gələn futbolçuların yoxlanılması məqsədi daşıyan qarşılaşmada rəqib “Qaradağ Lökbatan” olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Bütün qolların ilk yarıya təsadüf etdiyi matçda komandanın qollarının birini Freddi Mombonqo penaltidən vurubsa, digər top rəqibin avtoqolu hesabına reallaşıb.
Qeyd edək ki, komanda qış fasiləsində 4 yoldaşlıq oyunu keçirəcək. Sonrakı 3 qarşılaşmanın qrafiki belədir: 17 yanvar – “Sumqayıt” (Sumqayıt şəhər stadionu), 19 yanvar – “Sumqayıt” (AZAL Arena), 22 yanvar – “Bakı” (Bakı FK təlim-məşq bazası).