“Bir həftə ağır məşqlər etdik. Artıq yoldaşlıq oyunlarına başlamışıq və gücümüzü sınayırıq. Yoxlama görüşlərində udmaq, uduzmaq önəmli deyil əsas çempionatdakı oyunlardır”.
Bu sözləri hazırlığını Antalyada davam etdirən “Simurq”un “Duysburq”a (Almaniya) 1:4 hesablı məğlubiyyətindən sonra komandanın yeni transferi Elnur Abdullayev İdmanxeber.com-a açıqlamasında deyib. Futbolçu məğlubiyyətlərini belə şərh edib:
“Bugünki komanda daha çox qaçan idi. Biz də birinci hissədə yaxşı təsir bağışladıq amma futbolda hər şey olur. Yenə qeyd edirəm, əsas çempionat oyunlarıdır”.
Abdullayev komandanın planlarından da danışıb:
“Gələn ildən komandamız daha iddialı olacaq. Avroliqaya düşmək üçün mübarizə aparacağıq”.
Sonda isə yarımmüdafiəçi “Xəzər Lənkəran”ın siyasətini dəyişməsi barədə bu sözləri deyib:
“Bu “Xəzər Lənkəran” rəhbərliyinin seçimidir, mən onlara qarışmıram. Heç bir inciyliyim yoxdu komandadan, onlara uğurlar arzulayıram”
Səxavət QURBANOV_ Antalya