Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin yanvarın 17-də keçirəcəyi yoxlama oyunundakı rəqibi dəyişib.
İdmanxeber.com-un məlumatına görə, “Neftçi” həmin tarixdə əvvəlcədən planlaşdırıldığı kimi İranın “Fulad” klubu ilə yox, Türkiyə Superliqasında mübarizə aparan “Kayseri Ərciyəsspor”la qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
İran təmsilçisi isə “Neftçi”nin əvəzedici heyəti ilə üz-üzə gələcək. (klub saytı)