Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Bakı “İnter”i bu gün növbəti yoxlama matçı keçirib.
İdmanxeber.com-un məlumatına görə, “İnter” 4-cü yoxlama oyununda Türkiyə superliqa təmsilçisi “Kasımpaşa” ilə qarşılaşıb. Oyun “İnter”in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
17 yanvar
Yoxlama oyunu
18:00. “İnter” (Azərbaycan) – “Kasımpaşa” (Türkiyə) – 3:1 (İkinci hissə)
Qollar: Junior Nildo, 10 (1:0), Məhəmməd Mirzəbəyov, 28 (2:0), Oskar, 54-pen (2:1), Mikel Alvaro, 80 (3:1)