Antalyada təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünü keçirib.
Komanda Ukraynanın “Metallurq” klubu ilə qüvvəsini sınayıb. Matçda hesabı “Xəzər Lənkəran” açsa da, rəqib sonradan vurduğu 2 qolla qələbəni təmin edib.
Yoxlama oyunu
17 yanvar
“Xəzər Lənkəran” (Azərbaycan) – “Metallurq” (Ukrayna) – 1:2
Qollar: Sadio Tounkara, 30 – Vitali Qavriş, 85, Sergey Rudika, 89