Hazırda Antalyada təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün növbəti yoxlama matçına çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Zaqatala klubu Rumıniyanın “Astra” komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq
Xatırladaq ki, “Simurq” ilk yoxlama görüşündə Qazaxıstan “Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Duysburq” klubuna 1:4, Qazaxıstanın “İrtış" klubuna isə 0:3 hesabı ilə uduzub.
21 yanvar
Yoxlama görüşü
18:00.“Simurq” (Azərbaycan) – “Astra” (Rumıniya) 0:0
"Simurq"un heyəti: Pavel Kapsa, İlkin Qırtımov, Tural Axundov, İdan Vaytsman, Melli, Samir Zərgərov, Rəşad Eyyubov, Vadim Abdullayev, Benjamin Lambot, Stepan Polyak, Draqan Çeran.