Azərbaycan çempionatında növbəti saxtakarlıq faktı aşkarlanıb.
İdmanxeber.com-un məlumatına görə, AFFA-nın İntizam Komitəsi U-14 Liqasında saxta sənədlə çıxış edən futbolçunun çıxış etdiyini üzə çıxarıb.
Belə ki, Yardımlının “Dinamo” klubunun üzvü Cavidan Bağışlının sənədlərinin düzgün olmadığı aşkar olunub. Bu səbəbdən həmin futbolçunun iştirakı ilə keçirilən bütün oyunlara “Dinamo”ya texniki məğlubiyyət verilir
Qeyd edək ki, İntizam Komitəsinin son illərdə dəfələrlə belə halları üzə çıxarıb və müvafiq qərar da verib.