Milli komandamızın sabiq baş məşqçisi Berti Foqts “Bild”ə açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, almaniyalı mütəxəssis baş məşqçi kimi fəaliyyət göstərmək istəmədiyini bildirib:
“Menecer və ya idman direktoru vəzifəsində çalışmaq istəyirəm. Daha öncə müqavilə imzalamağa yaxın idim. Artıq yeni təklifləri səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Foqts 6 il millimizin sükanı arxasında olub.