Hazırda Antalyada təlim-məşq toplantısınd aolan “Xəzər Lənkəran” ciddi itki ilə üzləşib.
İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Cənub komandasının üzvü Ruslan Cəfərov dünən Rumıniya “Universitatiya”sı ilə oyunda zədələnib. Oyunun sonlarına yaxın yerdə qalan futbolçu matçı davam etdirə bilməyib. Topuğundna zədə alan Cəfərovun ayağı gipsdədi.
Onun hansı müddətə yaşıl meydanlara dönəcəyi isə hələ ki, məlum deyil.
Qeyd edək ki, zədə səbəbindən Orxan Sadıqlı və Rasim Ramaldanov XL-ə kömək edə bilmir.