Təlim-məşq toplantısını ölkəmizdə davam etdirən AZAL və “Bakı” klubları bu gün yoxlama matçında üz-üzə gəliblər.
İdmanxeber.com-un məlumatına görə, Şüəvalanda baş tutan qarşılaşmada bir qol vurulub. Meydan sahibləri Əsədovun yeganə qolu ilə qələbə qazanan tərəf olub.
Qeyd edək ki, “Bakı” bundan əvvəlki yoxlama matçlarında “Sumqayıt”a (1:5) və “İnter”in əvəzedici heyətinə (0:2) uduzmuşdu. AZAL isə iki dəfə “Sumqayıt”la (0:0, 1:0), bir dəfə də “Qaradağ Lökbatan”la qarşılaşmışdı – (2:2).
Yoxlama oyunu
22 yanvar
AZAL – “Bakı” – 1:0