Türkiyənin Antalya şəhərində hazırlaşan "Xəzər Lənkəran”ın təlim-məşq toplanışının proqramında dəyişiklik edilib.
İdmanxeber.com-a klubdan verilən məlumata görə, cənub təmsilçisi sabaha planlaşdırdığı yoxlama oyununu keçirməyəcək. Qazaxıstanın "Taraz” klubu ilə keçirilməli olan görüşün təxirə salınma səbəbi kimi rəhbərliyin bundan öncə keçirilən 4 yoxlama görüşünün yeterli olmasını düşünməsi olub. Bu səbəbdən "Xəzər Lənkəran" klubu hazırlığını başa vuraraq, yanvarın 26-sı paytaxta dönəcək.