Antalyada təlim-məşq toplantısında olan "Qəbələ" bu gün növbəti yoxlama oyununa çıxacaq.
İdmanxeber.com-un məlumatına görə, Qriqoruçukun başçılıq etdiyi komanda Macarıstan çempionatının yüksək liqasında mübarizə aparan “Haladaş”la qarşılaşacaq.
Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəlki yoxlama oyunlarında Hollandiyanın PSV klubunun ikinci komandası ilə (0:0), Türkiyənin "Əskişəhərspor" (1:3) və "Adanaspor" (3:2), Ukraynanın "Vorskla" (2:1) və Rusiyanın "Kuban" (0:2) klubları ilə qarşılaşıb.
Yoxlama oyunu
25 yanvar
19:00. "Qəbələ" – "Haladaş" 2:0
Qol: V.Mendi, 27, Emin Zamanov, 69